AFN.AZ / Nyu-Yorkda Məmmədyarov-Nalbandyan görüşü başlayıb

Nyu-Yorkda Məmmədyarov-Nalbandyan görüşü başlayıb



Nyu-Yorkda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbandyanın görüşü başlayıb.

AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Twitter" səhifəsində yazıb.

Görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri də iştirak edirlər.

XİN rəsmisi bildirib ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə edilir.
23-09-2017, 22:09
Geri qayıt