Əsas Səhifə > Qarabağ / Son Dəqiqə > Ərdoğan Rusiyaya yola düşdü:

Ərdoğan Rusiyaya yola düşdü:


13-11-2017, 16:27.
title}
Ərdoğan Rusiyaya yola düşdü:


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri başlayıb.



“Report” xəbər verir ki, onu Ankaranın Esenboğa hava limanından dövlət və hökumət rəsmiləri yola salıblar.

Türkiyə prezidenti səfərə yol düşməmişdən əvvəl hava limanında keçirdiyi mətbuat konfransında deyib ki, Rusiya prezidenti Vladimir Putinlə görüşdə iki ölkə arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsini, viza rejiminin ləğvini, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini, Suriya böhranını və bölgədəki digər problemləri müzakirə edəcəklər.

R.T.Ərdoğan xatırladıb ki, ABŞ prezidenti Donald Tramp və Rusiya rəhbəri Vladimir Putin Suriya ilə bağlı birgə bəyanat veriblər və Suriyanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiklərini vurğulayıblar. Türkiyə prezidenti bu məsələni V.Putinlə müzakirə edəcək.

R.T.Ərdoğan Rusiya ilə birlikdə həyata keçirilən "Akkuyu" Atom Elektrik Stansiyasının tikintisini, “Türk axını” təbii qaz kəməri layihəsinin vəziyyətini də V.Putinlə müzakirə edəcəklərini vurğulayıb.

O, Rusiyadan sonra noyabrın 14-də Küveytə, noyabrın 15-də isə Qətərə səfər edəcək.

Xatırladaq ki, Türkiyə və Rusiya prezidentləri sonuncu dəfə 2017-ci il sentyabrın 28-də Ankarada görüşüblər.
Geri qayıt