AFN.AZ / Məmmədyarov-Nalbandyan görüşü başa çatıb

Məmmədyarov-Nalbandyan görüşü başa çatıb

Məmmədyarov-Nalbandyan görüşü başa çatıb


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistanın XİN rəhbəri Edvard Nalbandyan arasında görüşü başa çatıb.

Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Twitter" səhifəsində yazıb.

Vyanada keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanma məsələsi müzakirə olunub.

Hələlik görüşün detalları açıqlanmayıb.

Qeyd edək ki, XİN rəhbərlərinin Vyana görüşündə ATƏT-in Minsk qrupu həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik (Polşa) iştirak edib.
6-12-2017, 23:49
Geri qayıt