AFN.AZ / MN: "Bölmələrimiz cəbhədə heç bir əməliyyat keçirməyib, düşmənin yaydığı məlumat yalandır"

MN: "Bölmələrimiz cəbhədə heç bir əməliyyat keçirməyib, düşmənin yaydığı məlumat yalandır"

MN: "Bölmələrimiz cəbhədə heç bir əməliyyat keçirməyib, düşmənin yaydığı məlumat yalandır"


Bu gün Ermənistan Müdafiə Nazirliyi Azərbaycan ordusunun bölmələrinin 15 nəfərlik dəstə ilə təmas xəttinin şimal istiqamətində (Ağdərə-Tərtər) "diversiya həmləsinə" cəhd etdiyi, ancaq erməni bölmələri tərəfindən aşkarlanaraq geri oturdulduğu haqda məlumat yayıb.

Bu məlumatla bağlı Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin bəyanatını təqdim edirik:

“Düşmən tərəfinin yaydığı məlumat həqiqətə uyğun deyil, onun növbəti yalanı və təxribatıdır. Erməni kütləvi informasiya vasitələrində yayılan bu məlumat Ermənistan ordusunun çökməsindən və öz cəmiyyətində hökm sürən deqradasiyadan diqqəti yayındırmaq cəhdindən başqa bir şey deyil.

Azərbaycan Ordusunun bölmələri heç bir əməliyyat həyata keçirməyib və əməliyyat şəraitinə tam nəzarət edir”.
17-08-2018, 14:31
Geri qayıt