AFN.AZ / Ermənistan üçün Rusiya təhlükəsi getdikcə artır-

Ermənistan üçün Rusiya təhlükəsi getdikcə artır-

Ermənistan üçün Rusiya təhlükəsi getdikcə artır-


ATƏT-in Minsk Qrupu həmsədrləri vasitəçiliyi ilə Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi uzun illərdir davam edir. Sənəddə öz mandatı ilə müəyyən edilmiş kimi, Minsk Qrupu öz fəaliyyətində beynəlxalq hüququn normaları və prinsipləri, BMT Təhlükəsizlik Şurasının qətnamələri və Helsinki Yekun Aktının müddəaları ilə rəhbərlik edir.

Beynəlxalq ictimaiyyət beynəlxalq səviyyədə sərhədlər çərçivəsində Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Lakin buna baxmayaraq, Azərbaycan torpaqları hələ də işğal altındadı və bu münaqişənin həlli yolları da müzakirə və danışıqlar mənbəyi olaraq qalmaqdadır. Əlbəttə ki, Ermənistan Azərbaycan dövlətinin beynəlxalq arenada yürütdüyü siyasətdən ona beynəlxalq aləmdə verilən dəstəkdən və eləcə də Azərbaycanın bu günkü gücündən cəkinir. 16 aprel hadisələrindən sonra Ermənistanın canında qalan xof hələ də cıxmayıb desək, yanılmarıq. Bunu hər dəfə Ermənistanın yeni hakimiyyətə gəlmiş hökumət rəhbəri Paşinyan da cıxışlarında vurğulayaraq bildirir. Əlbəttə ki, Paşinyanın bu cür düşünməsini və hər an Azərbaycana Dağlıq Qarabağla bağlı yaşıl işıq verilməsindən cəkinməsini biz açıq- aydın görə bilirik. Verdiyi son müsahibələrindən birində o, “Biz inana bilmərik ki, Rusiya Azərbaycanı dayandırmaq gücünə malik deyil” ifadəsini işlətməklə artıq Rusiyanın Ermənistana verdiyi dəstəyin nə dərəcədə olduğunu və Paşinyanın da bunu anlayaraq Rusiyaya acıq səkildə yalvararaq dəstək istəməsinin şahidi olduq. Bu gün bir cox erməni saytlarında Azərbaycanın tərəfindən atəşkəs rejiminin təmas xəttində davamlı pozulması, müharibə cinayətkarlarının qəhrəmanlığı, hərbi əməliyyatların hər an bərpası ehtimalı, xüsusilə də militarist ritorika və Azərbaycanda ermənilərə qarşı nifrət təbliğatı barədə yazılar gedir. Təbii ki, bu ab-hava bu günkü Ermənistanda gedən proseslərdən də irəli qəlir. Belə ki, bu gün Ermənistanda hakimiyyət Rusiya tərəfindən dəstəklənmir. Paşinyanın anti-Rusiya siyasətini yürütdüyü, daxildə Rusiyanın kadrlarına qarşı apardığı repressiyalar Kreml tərəfindən birmənalı qarşılanmır və ona qarşı olan təzyiqlərini artırdıqca Paşinyan Rusiyanın Ermənistana üz çevirməsindən və Azərbaycana dəstəyin artmasından və bu da Dağlıq Qarabağ məsəsləsinin Ermənistanın xeyrinə yox Azərbaycanın xeyrinə həll olunaraq torpaqların qaytarılmasına gətirib cıxaracağı anlamına gəlir. Bu həm Ermənistanın kabusuna çevrilər, həm də Paşinyanın sonunu gətirib çıxarar.

Ramiyə Məmmədova, siyasi şərhçi
17-08-2018, 14:54
Geri qayıt