AFN.AZ / Zakir Həsənov həmsədrlərlə cəbhədəki vəziyyəti müzakirə edib

Zakir Həsənov həmsədrlərlə cəbhədəki vəziyyəti müzakirə edib

 Zakir Həsənov həmsədrlərlə cəbhədəki vəziyyəti müzakirə edib


Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Endrü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik ilə görüşüb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən xəbərə görə, görüşdə qoşunların təmas xəttindəki son vəziyyət və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivləri müzakirə olunub.
2-11-2018, 13:44
Geri qayıt