Əsas Səhifə > Qarabağ / Son Dəqiqə > Cəbhədə növbəti erməni təxribatı

Cəbhədə növbəti erməni təxribatı


11-01-2019, 11:40.
title}
Cəbhədə növbəti erməni təxribatı


Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 28 dəfə pozub.



Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, Ermənistan Respublikası İcevan rayonunun Ayqeovit kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Cəfərli, Bala Cəfərli kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, Muncuqlu kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Yarımca, Ağdam rayonunun Cəvahirli, Qaraqaşlı, Novruzlu, Yusifcanlı, Füzuli rayonunun Qərvənd və Qorqan kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.


Geri qayıt