Əsas Səhifə > Qarabağ / Son Dəqiqə > Müdafiə Nazirliyi cəbhə xəttindəki son vəziyyət barədə

Müdafiə Nazirliyi cəbhə xəttindəki son vəziyyət barədə


23-03-2019, 11:00.
title}
Müdafiə Nazirliyi cəbhə xəttindəki son vəziyyət barədə


Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub.

AFN Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, Ermənistanın Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Cəvahirli, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.


Geri qayıt