AFN.AZ / “Münaqişənin həlli ilə yalnız Minsk qrupu məşğul olmalıdır”-

“Münaqişənin həlli ilə yalnız Minsk qrupu məşğul olmalıdır”-

“Münaqişənin həlli ilə yalnız Minsk qrupu məşğul olmalıdır”-


“Dağlıq Qarabağ münaqişəsinin həlli ilə yalnız ATƏT-in Minsk qrupunun həmsədrlik institutu münaqişənin üç tərəfi ilə birlikdə məşğul olmalıdır”.

Azvision.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının planar iclasında çıxışı zamanı deyib. Əvvəlki bəyanatlarına sadiq qalan Paşinyan bu dəfə də Qarabağ separatçılarının danışıqlar masasında iştirakına təkid edib.

“Çünki bu format təkcə bugünkü vəziyyətə yox, həm də danışıqlar prosesi başlayan gündən onun bütün tarixinə və incəliklərinə söykənir. Məhz münaqişənin hər üç tərəfi – Dağlıq Qarabağ, Azərbaycan və Ermənistan tərəfindən əsası qoyulan ATƏT-in Minsk formatı dialoq üçün meydan formalaşdırılması naminə yaradılıb. Bu gün biz Dağlıq Qarabağla Azərbaycan arasında həmsədrlik formatında dialoqun bərpası üçün tədbirlər görürük” – Paşinyan deyib.
11-04-2019, 16:06
Geri qayıt