AFN.AZ / 19 yaşlı şəhidimiz Sənan Rüstəmovun zəngin həyat yolu-

19 yaşlı şəhidimiz Sənan Rüstəmovun zəngin həyat yolu-

19 yaşlı şəhidimiz Sənan Rüstəmovun zəngin həyat yolu-


Bu gün döyüşüç dostlarımdan biri, kəşfiyyat dəstəmizin əsgəri 19 yaşılı Sənan Rüstəmovun şəhid olduğu gündür.

AFN xəbər verir ki, bu haqda Rey Kərimovğlu bildirib. O, şəhid S.Rüstəmovun haqqında geniş məlumat da verib: "Mayın 15 xalqımızın qəhrəman oğlu, cəsur döyüşçü Azərbaycanın Milli Qəhrəmanı mərhum polkovnik-leytenant Şirin Mirzəyevin yaratdığı və rəhbərlik etdiyi 836 saylı hərbi hissənin kəşfiyyat dəstəsində ermənilərə qarşı vuruşan 19 yaşlı Sənan Əkbər oğlu Rüstəmovun həlak olduğu gündür.

Cəmi 19 il ömür sürən gənc kəşfiyyatçının həyat yolu qısa olsa da, amma bioqrafiyası çox zəngindir...

Sənan 11 yanvar 1973-cü ildə Ağdam şəhərində anadan olub, 1980-cı ildə Ağdam şəhər 2 saylı orta məktəbin 1-ci sinfinə daxil olub, 1983-cü ildə III-cü sinifdə oxuyarkən musiqiyə həvəsi olduğu üçün Qurban Primov adına 2 saylı musiqi məktəbinin tar şöbəsinə sənədlərini verib. Həvəsi olduğu üçün o, idmana da maraq göstərir və Ağdamda tanınmış müəllim, atası Əkbər Rüstəmovun sərbəst güləş bölməsində məşqlərə başlayır.

1984-cü ildən “Qarabağ bülbülləri” ansamblının ən fəal üzvü olur və 1988-ci ilə kimi ansamblda çalışır. Dəfələrlə müxtəlif konsertlərdə və respublika televiziyasında ansamblla birlikdə çıxış edir. 1988-ci ildə 2 saylı musiqi məktəbini əla qiymətlərlə bitirir.

S.Rüstəmov 1 sentyabr 1987-ci ildən 23 may 1989-cu ilə kimi Ağdam şəhər Texniki İstehsalat Kursunda təhsil alır və çilingərlik peşəsinə yiyələnir. O, 1989-cu ildə 16 yaşı olmasına baxmayaraq, kişilər arasında Sambo güləşi üzrə Respublika çempionu olur, SSRİ idman ustası normasını yerinə yetirir...

19 yaşlı şəhidimiz Sənan Rüstəmovun zəngin həyat yolu-


1988-ci ilin fevral ayından başlayan Milli Azadlıq hərəkatına qoşulan S.Rüstəmov hamı kimi gecələr ermənilərlə üzbəüz kəndlərimizdə keşik çəkir. O, 1991-ci ilin may ayında sovet ordu sıralarına həqiqi hərbi xidmətə çağrılır. Qarabağda ermənilərin fəallaşmasından, onların kəndlərimizə daim quldurcasına hücumlardan narahat olan Sənan sovet ordusunda xidmətdən imtina edərək 60 nəfər əsgərlə Bakıya - Müdafiə Nazirliyinə gəlir və Qarabağda xidmət göstərmək, Vətəni qorumaq niyyətində olduqlarını bildirirlər. Üç gün ərzində müraciətlərinə cavab ala bilmədikdə, Sənan 17 nəfərlə birlikdə Ağdamda – Xaçındərbənd (Xaçınstroy) yerləşən Şirin Mirzəyevin batalyonuna gələrək orada xidmətin davam etdirir.
19 yaşlı gəncin ixtisarla verdiyimiz həyat tarixçəsinin zənginliyinə diqqət verdinizmi?

1992-ci il yanvar ayında Ağdərənin Umudlu kəndində erməni-rus birləşmələrinin güclü hücumu zamanı ayağından yaralanır Sənan. Döyüşdən sonra onu Tərtərə, oradan da Ağdam şəhər xəstəxanasına göndərmişlər. 1992-ci il 26 fevral tarixdə Xocalı faciəsi zamanı yarasının tam sağalmağın gözləyə bilməmiş hərbi hissəyə qayıtmış və yenidən döyüşlərə qatılır.

Sənan 1992-ci il mart ayında Ş.Mirəzyevin tapşırığı ilə Malıbəyli- Quşçular kəndləri istiqamətindən düşmən qüvvələrinin arxasına keçərək Xankəndində yerləşən N saylı hərbi hissədən hərbi əhəmiyyətli xəritəni götürmək məqsədi ilə həyata keçirilən əməliyyatda kəşfiyyat dəstəsinin komandiri Əkbər Məmmədov, kəşfiyyatçılar Əlabbas və Aydın ilə birlikdə iştirak edir. 1992-ci il 4 aprel tarixdə Şirin Mirzəyev onu III batalyonun II rotasına komandir təyin edir.

Sənan Ağdərə rayonunun Sırxavənd, Qazançı, Kiçan, Canyataq, Gülyataq, Əsgəran rayonunun Aranzəmin, Pircamal, Naxçıvanik, Ağbulaq, Dəhraz kəndlərində gedən döyüşlərdə düşmənə qarşı qəhrəmanlıqla vuruşmuşdur.

15 may 1992-ci ildə ermənilərin ələ keçiridyi Abdal-Gülablı kəndlərinin azad edilməsində xüsusi qəhrəmanlıq göstərən Sənan düşmən tərəfindən vurulan Azərbaycan Hərbi qüvvələrinə məxsus vertolyotun pilotun- polkovnik-leytenant Şuvaryovun həyatını xilas edir. Bu döyüşdə həmin istiqamətdə bir neçə dəfə qəhrəmanlıq göstərən Sənan növbəti həmlədə şəhid olur..."

Allah rəhmət eləsin!

15-05-2019, 11:22
Geri qayıt