Gürcüstanda daha 616 nəfərdə koronavirus aşkarlanıb


Gürcüstanda son sutkada koronavirusa 616 yeni yoluxma halı qeydə alınıb, 268 nəfər müalicə olunaraq sağalıb, 5 pasiyent vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 281 761 nəfər yoluxub. Onların 273 167-si sağalıb, 3 778-i isə dünyasını dəyişib.

Son 24 saat ərzində aparılan test yoxlamalarının sayı 31 947 təşkil edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu