Azərbaycan prezidenti II İlya ilə görüşdü


Gürcüstana səfəri davam edən Azərbaycan prezidenti İlham Əliyev qonşu ölkənin dini lideri II İlya ilə görüşüb. Modern.az saytı Gürcüstan KİV-nə istinadən xəbər verir ki, II İlya İlham Əliyevi Gürcüstana səfəri münasibətilə Gürcü pravolsav kilsəsi və Sonidu adından təbrik edib. O iki ölkə arasında münasibətlərin digər dövlətlər üçün nümunə olduğunu da dilə gətirib.

Bununla yanaşı, II İlya Azərbaycana gürcü yepiskopunun təyin olunmamasına və iki ölkə sərhəddində yerləşən David Qareci monastırının 3 məbədəninin Azərbaycan ərazisində olmasına diqqət çəkib.

Sonda dini lider həm Azərbaycan, həm də Gürcüstanın ərazi bütövlüyünün bərpasından danışıb.

“Biz Azərbaycan və Gürcüstanın ərazi bütövlüklərinin pozulmasından narahatıq. Əminəm ki, ölkələrin ərazi bütövlüyü bərpa olunacaq”-deyə II İlya deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu