"Çətinliklərə baxmayaraq, Azərbaycan sürətlə inkişaf edir"- İlham Əliyev


“BMT Təhlükəsizlik Şurası işğalçıların torpaqlarımızdan çıxması üçün 4 qətnamə qəbul edib. Münaqişə hələ ki həllini tapmayıb”.

Azərbaycan prezidenti İlham Əliyev bu sözləri Bakıda keçirilən “Cənub Qaz Dəhlizi” layihəsinin Məşvərət Şurasının II iclasında çıxışında deyib. O bildirib ki, bütün çətinliklərə baxmayaraq, Azərbaycan sürətlə inkişaf edir: “Ölkəmiz iri layihələr icra edir, şaxələndirilmiş neft-qaz kəmərlərinə malikik. Əməkdaşlığın davam etdirilməsi vacibdir”.

Prezident toplantı iştirakçılarını gələn il Məşvərət Şurasının III iclasına dəvət edib.

***

Ölkə başçısı daha sonra qeyd edib: “Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin yaxşı tarixi və potensialı var. Azərbaycanın xarici ticarət dövriyyəsinin yarısı Avropa İttifaqı ölkələrinin payına düşür”.

Dövlət başçısı bildirib ki, Azərbaycan uzun illər özünü etibarlı tərəfdaş kimi göstərib: “Belə tədbirlər davamlı olacaq. Əminəm ki, bundan sonra da bütün məsələlərin öhdəsindən uğurla gəlinəcək. Layihəni dəstəkləyən ölkələrə, xüsusən də ABŞ-a minnətdarlığımı bildirirəm. İmzalanacaq Bəyannamədə Azərbaycanın strateji rolu xüsusi qeyd ediləcək ”.

Prezident İlham Əliyev deyib ki, Cənub Qaz Dəhlizi iri infrastruktur layihəsidir: “Bu, güclü əməkdaşlıq layihəsidir. Layihə iştirakçısı olan ölkələr arasında əməkdaşlıq gələcəkdə də inkişaf etdiriləcək. Bu, səmimi əməkdaşlıq və açıq tərəfdaşlıq layihəsidir”.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatları 2,5 trilyon kubmetrdən çoxdur: “Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji xəritəsini dəyişəcək”. (Apa)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu