"Biz dünyaya yol göstəririk..."- İlham Əliyev


"Bu il multikulturalizm ili elan edilib. Azərbaycan bu sahədə də nümunə göstərib. Bizim gücümüz birliyimizdədir. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Bu bizim sərvətimizdir, biz bunu qorumalıyıq, qoruyacağıq".

Bunu Azərbaycan prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə Bakıda keçirilən ümumxalq şənliyində çıxışı zamanı deyib.

"Bir daha demək istəyirəm ki, biz bir çox məsələlərlə bağlı dünyaya yol göstəririk. İnkişaf, müstəqillik, ləyaqət, prinsipial siyasət, xalqlararası münasibətlər, din-dövlət münasibətləri, energetika, nəqliyyat siyasəti - bugünkü Azərbaycanın reallıqları budur. Əminəm ki, 2016-cı ili də uğurla başa vuracağıq. Azərbaycanın uğurlu inkişafı təmin ediləcək", - deyə prezident qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu