İlham Əliyev Hindistan prezidentinə başsağlığı verdi


Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Hindistan Respublikasının prezidenti Pranab Mukherciyə başsağlığı verib.

AFN.az AzərTAc-a istinadən bildirir ki, başsağlığında deyilir:

"Hörmətli cənab Prezident,

Paravur şəhərindəki Puttinqal məbədində baş vermiş yanğın nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Hindistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu