İlham Əliyev Binəli Yıldırımı qarşıladı


İyunun 3-də Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırımın rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Baş nazir Binəli Yıldırımın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Baş naziri Binəli Yıldırımı qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Türkiyənin Baş nazirinə raport verib.

Türkiyə Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səslənib.

Prezident İlham Əliyev və Baş nazir Binəli Yıldırım fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Türkiyənin Baş naziri Azərbaycan əsgərlərini salamlayıb.

Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Baş nazir Binəli Yıldırıma, Türkiyənin nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidentinin və Türkiyə Baş nazirinin qarşısından keçib.

Trend.az



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu