"Azərxalça”ya sədr təyinatı olub


Prezident İlham Əliyev Vidadi Aydın oğlu Muradovun "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla V.Muradov “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri təyin edilib.
Qeyd edək ki, V.Muradov xalçaçı-ekspert, tarix üzrə fəlsəfə doktoru, professor, "Azər-İlmə"nin təsisçisi və rəhbəri, "Azərbaycan xalçaları" elmi-publisistik jurnalının baş redaktorudur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu