Prezident Samir Şərifova yeni müavin təyin etdi


Azərbaycan prezidenti İlham Əliyev maliyyə nazirinə yeni müavin təyin edib.

Bu barədə Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mais Piriyev məlumat verib.

Bildirib ki, ölkə başçısının 24 iyun 2016-cı il tarixli sərəncamı ilə Emin Zamin oğlu Hüseynov maliyyə nazirinin müavini təyin olunub.

Qeyd edək ki, E.Hüseynov bundan əvvəl Azərbaycan Mərkəzi Bankında və Dünya Bankında çalışıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu