Prezidentdən SOCAR-ın 200 milyonluq investisiyası haqda


Azərbaycan prezidenti İlham Əliyev və Ukrayna prezidenti Petro Poroşenko iki ölkə arasında ticarət dövriyyəsinin artırılması haqda danışıqlar aparıblar.

AzNews.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə prezidentlər Bakıda keçirilən birgə mətbuat konfransı zamanı məlumat veriblər.

“Biz çox ciddi tapşırıqlar verdik və heç bir şübhəm yoxdur ki, bu tapşırıqlara riayət edilməsi nəticəsində bizim ölkələrimiz bir-birinə daha yaxın olacaq və onlar arasında ticarət dövriyyəsi genişlənəcək. Çünki ticarət dövriyyəsinin səviyyəsi nə Azərbaycanı, nə də Ukraynanı qane etmir”, - deyə Azərbaycan prezidenti İlham Əliyev bildirib.

Prezident İlham Əliyev həmçinin danışıqlar nəticəsində birgə investisiya layihələri barədə tapşırıqlar verildiyini qeyd edib: “Hər iki ölkənin investisiya potensialının bir daha nəzərdən keçirilməsi üçün tapşırıq verilib. Çünki bu məsələdə qarşılıqlı maraq var”.

Azərbaycan prezidenti SOCAR-ın Ukrayna bazarında fəal çalışdığını və ölkə ərazisində 60-dan çox yanacaqdoldurma məntəqələri açmaqla Ukraynaya 200 milyon dollardan çox investisiya yatırdığını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu