İlham Əliyev Bişkekdə MDB Dövlət Başçıları Şurasının iclasında


Qırğızıstanın paytaxtı Bişkek şəhərində MDB Dövlət Başçıları Şurasının növbəti iclası öz işinə başlayıb.

Virtualaz.org bildirir ki, MDB-nin yaradılmasının 25 illiyinə təsadüf edən iclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edir.

Qırğız Respublikasının prezidenti Almazbek Atambayev Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.

Dövlət başçıları xatirə şəkli çəkdiriblər.

Sonra prezident Almazbek Atambayev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Qırğızıstana gələn digər qonaqları qarşılayıb.

Prezidentlər birgə foto çəkdiriblər.

MDB Dövlət Başçıları Şurasının iclası məhdud tərkibdə görüşlə davam edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu