İlham Əliyev Mingəçevirə səfərə gedib


Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 21-də Mingəçevir şəhərinə səfərə gedib.

Dövlət başçısı xalqımızın ümummilli lideriHeydər Əliyevin şəhərin mərkəzindəki abidəsi önünə gül dəstəsi qoyub.

Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov son dövrdə Mingəçevirdə görülən işlər barədə dövlət başçısına məlumat verib.

Bildirilib ki, ümummilli liderin adını daşıyan parkın ərazisi üç hektardır. Parkda şəlalə kompleksi və yeni kafe tikilib, mövcud “Ana və uşaq” kafesi müasir üslubda yenidən qurulub, geniş yaşıllıq işləri görülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu