İlham Əliyev Berdiməhəmmədovu təbrik edib


Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistanın dövlət başçısı Qurbanqulu Berdiməhəmmədovu təbrik edib.

AzVision.az xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli Qurbanqulu Məlikquliyeviç,
Türkmənistanın milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərinin, qarşılıqlı faydalı əməkdaşlığın inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Türkmənistan xalqına sülh və tərəqqi arzulayıram”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu