Ukrayna prezidenti İlham Əliyevi ölkəsinə dəvət edib


Ukrayna dövlət başçısının mətbuat xidməti xəbər verir ki, telefon söhbəti zamanı Pyotr Poroşenko Azərbaycan prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət edib və dəvət qəbul olunub.

Virtualaz.org xəbər verir ki, mətbuat xidmətinin məlumatında deyilir: “Prezident Pyotr Poroşenko Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə telefonla söhbət edib... Poroşenko Azərbaycan prezidentini Ukraynaya rəsmi səfərə dəvət edib və dəvət minnətdarlıqla qəbul olunub”.

Bununla birgə, tərəflərin iyulun 14-də Bakıda keçirilmiş Ukrayna və Azərbaycan prezidentləri şurasının beşinci iclasının yekunları üzrə əldə edilmiş razılaşmaların yerinə yetirilməsinin gedişindən məmnunluq hissi ifadə etdikləri bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu