İlham Əliyev Ərdoğana başsağlığı verdi


Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Adana vilayətində baş vermiş faciə ilə bağlı başsağlığı verib.

Başsağlığında deyilir:

"Adana vilayətinin Aladağ rayonunda şagird yataqxanasında baş vermiş yanğın nəticəsində insan tələfatı və yaralananlar barədə xəbər bizi son dərəcə kədərləndirdi. Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!"



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu