“İki ulağın arpasını bölə bilmir, bizə dərs öyrədir...”- İlham Əliyev

Xəbərin çap versiyası
Tarix: 10-01-2017, 23:45    |    Xəbər oxunub: 426 dəfə
“İki ulağın arpasını bölə bilmir, bizə dərs öyrədir...”- Azərbaycan prezidenti İlham Əliyev bu gün Nazirlər Kabinetinin iclasındakı yekun çıxışı zamanı ölkənin iqtisadi göstəriciləri barədə mötəbər beynəlxalq təşkilatların qiymətləndirmələri haqda danışıb. "Bizim gördüyümüz işlər dünyanın aparıcı, mötəbər beynəlxalq iqtisadi və maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirilir. Bu da çox vacibdir. Çünki biri var bunu biz özümüz deyirik, biri də var ki, bunu beynəlxalq qurumlar qeyd edir. Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 65-ci yerdədir. Bu, yaxşı göstəricidir. Əlbəttə, biz çalışmalıyıq ki, daha yüksək pilləyə çıxaq. Ancaq indiki şəraitdə dediyim bütün o amilləri nəzərə alaraq hesab edirəm ki, bu, kifayət qədər yüksək göstəricidir"-prezident deyib.

İlham Əliyev bildirib ki, dünyanın aparıcı iqtisadi beynəlxalq forumunun - Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı dünya miqyasında rəqabətqabiliyyətliliyinə görə 3 pillə irəliləyərək 40-cı pillədən 37-ci pilləyə qalxıb. “Bu da hesab edirəm ki, rekord göstəricidir. Biz MDB məkanında yenə də birinciyik və bu birinciliyi saxlamışıq. Bax, budur, beynəlxalq aparıcı iqtisadi qurumların hesabatları”-prezident deyib.

Dövlət başısı Azərbaycanda vəziyyət barədə tənqidi rəylərlə çıxış edən beynəlxalq təşkilatlar haqda bunları deyib: "Düzdür, müxtəlif qeyri-hökumət təşkilatları var, hamımız bilirik ki, onlar haradan maliyyələşir, onların hədəfi bizə ləkə vurmaq, bizi qaralamaq, bizim işimizə kölgə salmaqdır. Onların illər boyu apardıqları antiazərbaycan kampaniyaları heç bir nəticə vermir. Onların reytinqlərinə heç fikir verməyə də dəyməz.”

Habelə prezident hökumətin iqtisadi siyasətini tənqid edən “bəzi yerli ekspertlər” barədə danışıb, onları “iki ulağın arpasını bölə bilməyənlər” adlandırıb. Sitat: “Eyni zamanda, özlərini böyük iqtisadiyyatçı adlandıran bəzi yerli nümayəndələr də müxtəlif çıxışlar edirlər, müxtəlif qiymətlər verirlər. Tamamilə cəfəng fikirlərdir, bizim gözəl atalar sözü var: “İki uzunqulağın arpasını bölə bilməyən, bizə dərs öyrədir”. Yəni, bütün bunlara fikir vermək lazım deyil. Əsas bizim uğurlu inkişafımızdır, aparıcı beynəlxalq iqtisadi qurumların qiymətidir və bizim reallığımızdır. Reallıq isə ondan ibarətdir ki, biz 2016-cı ildə bu böhranlı vəziyyətdən şərəflə çıxa bildik, ölkəmizdə 100 mindən çox daimi iş yeri açılmışdır, kənd təsərrüfatının, qeyri-neft sənayemizin inkişafı bizə imkan verir ki, biz gələcəyə nikbinliklə baxaq. Biz bu gün görüləcək işlər haqqında da danışacağıq. Bizim planlarımız kifayət qədər böyükdür və onların icrası nəticəsində ölkə iqtisadiyyatı öz dinamikasını sürətləndirəcək".




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Türkmənistan gəmisi ASCO-nun gəmi təmiri zavodunda əsaslı təmir olunub

Türkmənistan gəmisi ASCO-nun gəmi təmiri zavodunda əsaslı təmir olunub

Naxçıvanın baş nazirinin sabiq müavini “intiharından” danışdı

Naxçıvanın baş nazirinin sabiq müavini “intiharından” danışdı

Fatimə Fətəliyevanın prodüseri jurnalistə hədə-qorxu gəlir-

Fatimə Fətəliyevanın prodüseri jurnalistə hədə-qorxu gəlir- VİDEO

Daha 1115 şəhid vərəsəsinə birdəfəlik ödəmə veriləcək

Daha 1115 şəhid vərəsəsinə birdəfəlik ödəmə veriləcək

Vüqar Əhmədə vəzifə verildi

Vüqar Əhmədə vəzifə verildi

Asiya İnkişaf Bankı ilə əmək, məşğulluq, sosial müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub

Asiya İnkişaf Bankı ilə əmək, məşğulluq, sosial müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub

Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası növbəti aksiyasını Şəkidə keçirəcək

Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası növbəti aksiyasını Şəkidə keçirəcək

Ramin Quluzadə Biləsuvarda vətəndaşlarla görüşəcək

Ramin Quluzadə Biləsuvarda vətəndaşlarla görüşəcək

İcra başçısının korteji narazılığa səbəb oldu-

İcra başçısının korteji narazılığa səbəb oldu- Bir polis, 10 mülki avtomobil...+VİDEO

DİDK-da ulu öndərin xatirəsi anılıb

DİDK-da ulu öndərin xatirəsi anılıb

Dövlət Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib-

Dövlət Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib- FOTOLAR

ETSN-in kollektivi Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib

ETSN-in kollektivi Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur