Azərbaycan XİN: “Cəbhədə yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür”

Xəbərin çap versiyası
Tarix: 17-06-2017, 16:38    |    Xəbər oxunub: 698 dəfə
Azərbaycan XİN:



Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) cəbhədə vəziyyətin gərginləşməsi ilə əlaqədar vəziyyəti şərh edib.



XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycana planlaşdırılan səfəri ərəfəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumat verdiyi kimi Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəsin ağır silahlardan intensiv şəkildə pozulması və təxribat əməliyyatlarının törədilməsi həyata keçirilir. Ermənistanın törətdiyi təxribatların qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələri itki verib: “15 iyun tarixindən etibarən cəbhədə vəziyyətin inkişaf xronikası açıq şəkildə göstərir atəşkəsin pozulması və təxribatların törədilməsinin təşəbbüskarı məhz Ermənistan tərəfidir. Bununla Ermənistanın atəşkəsin birinci kimin tərəfindən pozulması barəsində mifik propaqanda iddiaları növbəti dəfə tamamilə alt-üt olur.

ATƏT-in Minsk Qrupunun həmsədrləri nəzərə almalıdırlar ki, Ermənistan tərəfindən cəbhədə vəziyyətin gərginləşdirilməsi onların regiona, o cümlədən Azərbaycanın işğal olunmuş ərazilərinə səfərinin ardınca baş verib”.

O vurğulayıb ki, Ermənistan qəsdən cəbhədə vəziyyətin gərginləşdirilməsi yolu ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin substantiv danışıqlar yolu ilə həllinə imkan verməməyə və işğala əsaslanan mövcud status kvonu saxlamağa çalışır: “Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu atəşkəsin pozulmasının başlıca səbəbidir. Beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatları və hal-hazırda danışıqlar masasında olan təkliflər Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edir.

Azərbaycan Silahlı Qüvvələri ölkəmizin suveren ərazilərində fəaliyyət göstərərək Ermənistanın Azərbaycana qarşı təcavüzü fonunda Azərbaycanın ərazilərinin müdafiəsini və xüsusilə təmas xətti boyu yaşayan mülki əhalinin təhlükəsizliyini təmin edir.

Cəbhədə yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
ATƏT PA-nın yeni prezidenti məlum oldu

ATƏT PA-nın yeni prezidenti məlum oldu

Əfqanıstanda iki məsciddə törədilən partlayışlarda 59 nəfər ölüb

Əfqanıstanda iki məsciddə törədilən partlayışlarda 59 nəfər ölüb

Rusiya 33 ton pomidoru Azərbaycana qaytardı

Rusiya 33 ton pomidoru Azərbaycana qaytardı

Saakaşviliyə görə Poroşenkonu mühakimə edə bilərlər

Saakaşviliyə görə Poroşenkonu mühakimə edə bilərlər

Bir abituriyent iki qrup üzrə imtahan verə biləcək-

Bir abituriyent iki qrup üzrə imtahan verə biləcək- yenilik

Qoqolun sirli ölümü

Qoqolun sirli ölümü

HHM qoşunlarının növbəti hərbi hissəsi istifadəyə verilib

HHM qoşunlarının növbəti hərbi hissəsi istifadəyə verilib

Azərbaycan-Ukrayna işgüzar görüşü keçirilib

Azərbaycan-Ukrayna işgüzar görüşü keçirilib

Hər gün 7 min körpə ölür

Hər gün 7 min körpə ölür

Bakıda sahibsiz itlər nömrələnəcək

Bakıda sahibsiz itlər nömrələnəcək

Bakıda “Azərsu”ya bina tikən şirkəti Ukraynada yol tenderinə buraxmadılar

Bakıda “Azərsu”ya bina tikən şirkəti Ukraynada yol tenderinə buraxmadılar

Moskvada ermənilərlə taciklər arasında kütləvi dava

Moskvada ermənilərlə taciklər arasında kütləvi dava

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur