İlham Əliyev Berdiməhəmmədovu təbrik edib




Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovun 60 illik yubileyi münasibətilə ona təbrik məktubu göndərib.

Bu barədə Türkmənistan prezidentinin rəsmi saytına məlumat yerləşdirilib.

“Azərbaycan və Türkmənistanı dostluq və mehriban qonşuluq münasibətləri birləşdirir. Ümumi mənəvi dəyərləri bölüşən xalqlarımızın iradəsi ilə iki ölkə arasında dövlətlərarası dialoqun birgə səylərimiz nəticəsində daha da inkişaf edəcəyinə və güclənəcəyinə inanıram. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Türkmənistan xalqına isə sülh və əminamanlıq arzulayıram", - məktubda deyilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu