Prezident deputatların etik davranışı ilə bağlı sərəncam imzaladı

Xəbərin çap versiyası
Tarix: 7-08-2017, 21:59    |    Xəbər oxunub: 865 dəfə
Prezident deputatların etik davranışı ilə bağlı sərəncam imzaladı


Prezident İlham Əliyev “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 766 VQ nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.

Sərəncamda qeyd olunub ki, Nazirlər Kabineti Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

Qanunla BURADAN tanış ola bilərsiniz.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Rusiya telekanalında azərbaycanlı və erməni ekspertlər əlbəyaxa oldu-

Rusiya telekanalında azərbaycanlı və erməni ekspertlər əlbəyaxa oldu- VİDEO

Azərbaycan Mərkəzi Bankı dolların məzənnəsi barədə

Azərbaycan Mərkəzi Bankı dolların məzənnəsi barədə

Bakıda əməliyyat:

Bakıda əməliyyat: "Polkovnik" tutuldu

Parisdə Ermənistan səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib

Parisdə Ermənistan səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib

Azercell-in prezidenti Bakı Mühəndislik Universitetində tələbələrlə görüşüb-

Azercell-in prezidenti Bakı Mühəndislik Universitetində tələbələrlə görüşüb- FOTOLAR

“Kanal 13”ün rəhbərinə hökm oxunub

“Kanal 13”ün rəhbərinə hökm oxunub

“AAAF Park”da 120 ailə soyuqdan donur

“AAAF Park”da 120 ailə soyuqdan donur

Eldar Mahmudov yenə istintaqa çağırıldı, 1 milyard dollara görə dindirildi

Eldar Mahmudov yenə istintaqa çağırıldı, 1 milyard dollara görə dindirildi

Müdafiə nazirinin müavini deputatlara və mediaya çağırış edib

Müdafiə nazirinin müavini deputatlara və mediaya çağırış edib

Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

Yanvarda maaş və pensiyalar artacaq-

Yanvarda maaş və pensiyalar artacaq- RƏSMİ

Deputat:

Deputat: "Mətbuata ordudan yazmağı qadağan etmək doğru deyil"

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur