Yaponiyanın baş naziri İlham Əliyevə məktub göndərib

Xəbərin çap versiyası
Tarix: 13-09-2017, 15:20    |    Xəbər oxunub: 522 dəfə
Yaponiyanın baş naziri İlham Əliyevə məktub göndərib


Yaponiyanın baş naziri Şinzo Abe Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Zati-aliləri, Yaponiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə Sizi ürəkdən təbrik edirəm.Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkələrimiz arasında çox sıx əlaqələr qurulmuşdur. Müstəqillik illərində diqqətəlayiq iqtisadi uğurlar qazanan Azərbaycan Cənubi Qafqaz regionunda sabit inkişaf edən ölkə və Yaponiyanın vacib tərəfdaşıdır.

Ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan münasibətlər 1998-ci ildə Prezident Heydər Əliyevin və 2006-cı ildə isə Zati-alinizin Yaponiyaya səfərləri nəticəsində daha sürətlə inkişaf etmişdir. Son illər hökumətlərarası dialoqun, yüksək səviyyəli rəsmilərin səfərlərinin intensivləşməsi, parlamentlər, yerli özünüidarəetmə orqanları arasında və digər genişmiqyaslı mübadilələrin fəallaşması məni çox sevindirir.

Həmçinin ölkələrimiz arasında təkcə energetika sahəsində deyil, iqtisadiyyatın digər sahələrində də yapon şirkətlərinin fəal iştirakı ilə əməkdaşlığımız davamlı olaraq inkişaf edir. Bu ilin fevralında Bakıda Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin 9-cu birgə iclası keçirilmiş və bildiyimə görə, Azərbaycanın önəm verdiyi iqtisadiyyatın şaxələndirilməsi məqsədilə qeyri-neft sektorunda əməkdaşlığın davam etdirilməsi barədə danışıqlar aparılmışdır. Bundan başqa, cari ilin iyununda ölkələrimiz arasında investisiya razılaşmasının ilkin müzakirələrinin başlanması, iqtisadi sahədəki əməkdaşlıq Zati-alinizin Yaponiyaya səfəri zamanı elan olunmuş Birgə Bəyanata əsaslanaraq davamlı şəkildə inkişaf etməkdədir.

Əminəm ki, əməkdaşlığımız bundan sonra da bir çox sahədə inkişaf edəcək böyük potensiala malikdir. Diplomatik münasibətlərimizin qurulmasının 25-ci ildönümü münasibətilə yaranmış fürsətdən istifadə edərək, Azərbaycan-Yaponiya əlaqələrinin bundan sonra da müxtəlif istiqamətlərdə daha da dərinləşib inkişaf edəcəyinə əmin olduğumu bildirirəm. Zati-aliləri, Sizə möhkəm cansağlığı və işlərinizdə müvəffəqiyyətlər, Azərbaycan xalqına isə firavanlıq arzu edirəm".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Azərbaycanda bir gündə 84 cinayət törədilib

Azərbaycanda bir gündə 84 cinayət törədilib

Nyu-Yorkda Məmmədyarov-Nalbandyan görüşü başlayıb

Nyu-Yorkda Məmmədyarov-Nalbandyan görüşü başlayıb

İstanbulda İŞİD əməliyyatı:

İstanbulda İŞİD əməliyyatı: 30-dan çox əcnəbi tutulub

"Bank of Baku" müştərini belə soyur- FOTOFAKT

Hərbçi güləşçimiz ermənini məğlub edərək medal aldı

Hərbçi güləşçimiz ermənini məğlub edərək medal aldı

Artur Rasizadəyə ağır itki

Artur Rasizadəyə ağır itki

Vəkil:

Vəkil: “Leyla Şıxlinskaya istintaqa təsir göstərir”

Azərbaycan yenidən Gürcüstana helikopter göndərdi

Azərbaycan yenidən Gürcüstana helikopter göndərdi

Binəli Yıldırım: “Referendum qərarı verənlər bunun əvəzini ödəyəcək”

Binəli Yıldırım: “Referendum qərarı verənlər bunun əvəzini ödəyəcək”

Qənirə Paşayeva Türkiyədə Qazilər Günündə çıxış edərək QHT və KİV-lərə çağırış edib-

Qənirə Paşayeva Türkiyədə Qazilər Günündə çıxış edərək QHT və KİV-lərə çağırış edib- VİDEO+FOTOLAR

OPEC-in baş katibi Azərbaycanı təriflədi

OPEC-in baş katibi Azərbaycanı təriflədi

Bakıda şirkətdən 270 min manata yaxın pul oğurlandı

Bakıda şirkətdən 270 min manata yaxın pul oğurlandı

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur