İlham Əliyev yenə voleybol üzrə milli komandamızın oyununu izləyir





Sentyabrın 24-də qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin üçüncü günündə “A” qrupunda yer alan milli komandamız ikinci görüşünü keçirir. Azərbaycan milli komandası Polşa yığması ilə qarşılaşır.

Virtualaz.org-un məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli komandamızın oyununa baxır.

Baş məşqçi Faiq Qarayev start heyətdə Kseniya Pozdnyak, Yelizaveta Səmədova, Nataliya Məmmədova, Kristina Yaqubova, Polina Rəhimova, Alyona Həsənova və Valeriya Məmmədovaya şans verib.

Qeyd edək ki, voleybolçu qızlarımız ilk setdə polşalı rəqiblərinə böyük üstünlüklə - 25:14 hesabı ilə qalib gəliblər.

Xatırladaq ki, ilk oyunda komandamız Macarıstana 3:0 hesabı ilə qalib gəlib. Komandamızın qrupdakı rəqiblərindən Polşa Almaniyanı 3:2, Macarıstanı isə 3:1 hesabı ilə məğlub edib. Millimiz Polşa ilə matçda qrupdan çıxmaq üçün doğma meydanda növbəti qələbəsini qazanmağı hədəfləyir.

Hazırda 5 xala malik Polşa qrupda liderdir. Azərbaycan yığmasının 3, Almaniyanın 1 xalı var. İki görüşdən məğlub ayrılan Macarıstan isə xalsızdır.

Qeyd edək ki, bu qrupun digər görüşündə Macarıstan və Almaniya komandaları qarşılaşacaqlar. Bu görüşə isə saat 20:30-da start veriləcək.

Hələlik isə... Voleybolçu qızlarımız ilk setdə polşalı rəqiblərinə böyük üstünlüklə - 25:14 hesabı ilə qalib gəliblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu