Laçın rayon rəhbərliyindən dövlətə "Kürdüstan" xəyanəti- FOTOFAKT




İraq Kürd Regional Hökumətinin Kürdüstan dövləti elan olunması üçün sentyabrın 25-də keçirdiyi referenduma görə İraq hökuməti, Türkiyə, İran və bir sıra dövlətlər etirazlarını ortaya qoyub.

Azərbaycan dövlət olaraq bu məsələyə hələ rəsmi münasibət bildirməsə də, ekspertlər Azərbaycanın Kürdüstan dövlətinin qurulması məsələsinə Türkiyənin yanında olmasının vacibliyini bildirirlər.

Azərbaycanda da sapı özümüzdən olan baltalar Bakıda oturub Bərzaniyə maşalıq etməkdən çəkinmirlər. Onlardan biri də Laçın rayonu içra hakimiyyətinin hüquq şöbəsinin müdiri Fizuli Tanrıverdiyev adlı şəxsdir . Həmin şəxs sosial şəbəkələrdən istifadə edərək açıq-aşkar separatçılığın təbliği ilə məşğul olur . Yəqin Laçın rayon rəhbərliyinə daxil olan şəxslər artıq özlərini Bərzaninin “xəritəsinə” uyğun Kürdüstan ərazisində sayırlar.

Ümid edirik ki, aidiyyatı qurumlar bu fakta göz yummayacaqlar.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu