Ağdamda yol tikintisinə 5,4 milyon manat ayrıldı


Ağdamda yol tikintisinə 5,4 milyon manat ayrıldı


Prezident İlham Əliyev oktyabrın 27-də “Ağdam rayonunun Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.



İyirmi doqquz min nəfər əhalinin yaşadığı 14 yaşayış məntəqəsini birləşdirən Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan avtomobil yolunun tikintisi məqsədi ilə 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,4 milyon manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu