Ali Baş Komandana yeni səlahiyyətlər verilir


Ali Baş Komandana yeni səlahiyyətlər verilir


Azərbaycan Ali Baş Komandanına (Azərbaycan Prezidenti) yeni səlahiyyətlər verilir.

“Müdafiə haqqında” qanunun 5-ci maddəsinin altıncı bəndinə əlavələr edilir.

Layihəyə əsasən, Azərbaycan Ali Baş Komandanı (Azərbaycan Prezidenti) Silahlı Qüvvələrin hərbi məktəblərini, ali məktəblərin hərbi kafedralarını və elmi tədqiqat təşkilatlarını yaradıb və ləğv etmə səlahiyyəti ilə yanaşı, Silahlı Qüvvələrin elmi müəssisə və təşkilatlarını yaratma, yaxud ləğv etmə səlahiyyətinə də malik olacaq.

Dəyişiklik Milli Məclisin sabah keçiriləcək plenar iclasında müzakirə ediləcək.(azvision)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu