Britaniya kraliçası ofşora milyonlarla vəsait yatırıb


Britaniya kraliçası ofşora milyonlarla vəsait yatırıb


Britaniya kraliçasının 10 milyon funt (təxminən 22 milyon manat) şəxsi pulu ofşora yatırılıb.

Kraliçanı gəlirlə təmin edən Lancaster hersoqluğu vəsaitini Kayman adaları və Bermudada yerləşən fondlarda saxlayır.
Məbləğin kiçik bir hissəsi məsuliyyətsiz kirayə ittihamı ilə günahkar bilinən BrightHouse və 17,5 milyon funt sterlinq vergi borcu ilə müflisləşən Threshers mağazalar şəbəkəsinə yatırılıb.
Hersoqluqdan bildirilib ki, BrightHouse holdinqin dəyəri hazırda 3208 funta bərabərdir və fond investisiyaları qərarlarında iştirak etməyib.
500 milyon funt sterlinqlik əmlakın baş maliyyəçisi Chris Adcock BBC-ə deyib: "Bizim sərmayə strategiyamız, investisiya məsləhətçilərinin məsləhət və tövsiyələri və aktivlərin müvafiq bölüşdürülməsi əsasında qurulur..."
"Hersoqluq yalnız investisiya məsləhətçilərinin sözü əsasında yüksək səviyyəli özəl kapital fondlarına yatırım edib."
"Biz, bir sıra yatırımları idarə edirik və bunlardan yalnız bir neçəsi ofşor fondlara malikdir. Bütün yatırımlarımız tam təftiş olunub və qanunidir," Lancaster hersoqluğunun sözçüsü deyib.
"Kraliça Hersoqluqdan aldığı istənilən gəlir məbləği üçün könüllü olaraq vergi ödəyir". (BBC)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu