İlham Əliyev təhsil qrantı ilə bağlı sərəncam imzaladı

Xəbərin çap versiyası
Tarix: 10-01-2018, 18:52    |    Xəbər oxunub: 555 dəfə
İlham Əliyev təhsil qrantı ilə bağlı sərəncam imzaladı


Prezident İlham Əliyev Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil üçün qrantların verilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən 2018-ci ildən başlayaraq Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün Azərbaycanın ali təhsil müəssisələrində tədris dilinə uyğun hazırlıq kurslarında və ali təhsilin bakalavriat, magistratura, doktorantura, tibb təhsili üzrə əsas təhsil və rezidentura səviyyələrində təhsil qrantı proqramı təsis edilir. Bu Sərəncamda nəzərdə tutulmuş təhsilalanlar üçün təhsil qrantının say həddi hər il 20 nəfər olmaqla 5 il ərzində 100-ə çatdırılır. Həmin qrant dövlət hesabına ödənilən təhsil haqqı, viza, qeydiyyat, yataqxana və ya mənzil kirayəsi, gündəlik qidalanma, tədris ədəbiyyatı ilə təminat, nəqliyyatdan (taksi xidmətindən başqa) istifadə, kommunal xidmətlər, tibbi yardım və ildə bir dəfə ölkələrinə gediş-gəliş xərclərini əhatə edir.

Nazirlər Kabinetinə Sərəncamda nəzərdə tutulmuş təhsilalanlar üçün təhsil qrantının verilməsi qaydalarını, o cümlədən təhsil qrantının məbləğini iki ay müddətində təsdiq etmək tapşırılır. Xarici İşlər Nazirliyi isə Təhsil Nazirliyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq bu Sərəncamla təsis edilmiş təhsil qrantı proqramı üçün ölkələri, ölkələr üzrə kvotaları, namizədlərin seçim meyarlarını və bunların əsasında qrant alacaq şəxslərin siyahısını müəyyənləşdirməlidir.

Sərəncamda bildirilir ki, öz xarici siyasətində heç bir hərbi alyansa qoşulmamaq istiqamətini seçmiş Azərbaycan Respublikası 2011-ci ildən Qoşulmama Hərəkatının üzvüdür. Ölkəmizin ərazi bütövlüyü təşkilat çərçivəsində üzv dövlətlər tərəfindən birmənalı şəkildə tanınıb və haqlı mövqeyimiz beynəlxalq səviyyəli məsələlərdə daim dəstəklənib.

2019-cu ildə ölkəmizdə Qoşulmama Hərəkatı üzvlərinin dövlət və hökumət başçılarının 18-ci sammiti keçiriləcək və Azərbaycan 120 ölkəni birləşdirən bu mötəbər quruma növbəti üç ildə sədrlik edəcək. Bütün bunlar ölkəmizin Hərəkata üzv dövlətlərlə əməkdaşlığının möhkəmləndirilməsi istiqamətində atdığı mühüm addımlardandır.

Qoşulmama Hərəkatına üzv ölkələrin bir çoxundan olan vətəndaşların vaxtilə Azərbaycanın ali təhsil müəssisələrində müvəffəqiyyətlə təhsil almaları və sonralar aparıcı mütəxəssislər kimi tanınmaları onların bu gün ölkəmizdə təhsilə marağını daha da artırır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Zərdab sakinləri rayonda təhsilin vəziyyətindən narahatdırlar-

Zərdab sakinləri rayonda təhsilin vəziyyətindən narahatdırlar- prezidentə ŞİKAYƏT

Beş günlük körpə valideynləri tərəfindən tərk edilib-

Beş günlük körpə valideynləri tərəfindən tərk edilib- SUMQAYITDA+VİDEO

Cahangir Hacıyevin vəkilləri cəzalandırıldı

Cahangir Hacıyevin vəkilləri cəzalandırıldı

Prezident Vahid Ələkbərovla görüşüb

Prezident Vahid Ələkbərovla görüşüb

Nigar Camalın Dima Bilanla qalmaqallı klipi rekord vurdu-

Nigar Camalın Dima Bilanla qalmaqallı klipi rekord vurdu- VİDEO

Satışdakı xəz dərilərin 40 faizi

Satışdakı xəz dərilərin 40 faizi SAXTADIR!

Qərərgahdan alpinistlərin axtarışı ilə bağlı

Qərərgahdan alpinistlərin axtarışı ilə bağlı YENİ MƏLUMAT

Hərbi hissədə işgəncə görən erməni əsgər qaçıb

Hərbi hissədə işgəncə görən erməni əsgər qaçıb

Hərbi Məcəllənin MM-də müzakirəsi gözlənilir

Hərbi Məcəllənin MM-də müzakirəsi gözlənilir

Azərbaycanın tanınmış vəkilinin fəaliyyəti dayandırılıb

Azərbaycanın tanınmış vəkilinin fəaliyyəti dayandırılıb

Həzi Aslanovun anım mərasimi keçirilib-

Həzi Aslanovun anım mərasimi keçirilib- FOTOLAR

Çaylarda suyun səviyyəsi açıqlanıb

Çaylarda suyun səviyyəsi açıqlanıb

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur