İlham Əliyev: "Azərbaycan nümunəvi ölkələrdən biridir"


İlham Əliyev:


“Azərbaycan Respublikası regionlarının inkişafı ilə bağlı üçüncü Dövlət Proqramının icrası bu il başa çatıb. Dövlət proqramının icrası çox uğurla gedib və qarşıda duran vəzifələr icra edilib”.



Bunu “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda çıxış edən prezident İlham Əliyev bildirib. Ölkə başçısı qeyd edib ki, bu proqramların icrası regionların inkişafında dönüş yaradıb.

2003-cü ildən Azərbaycanın böyük uğurlara imza atdığını, ölkəmizdə hərtərəfli inkişafın təmin olunduğunu vurğulayan prezident bildirib ki, aparılan islahatlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilir.

Azərbaycanda sabitliyin təmin edildiyini, onun mənbəyində isə xalqın iradəsinin, xalq-iqtidar birlyinin durduğunu deyən dövlət başçısı ölkəmizin təhlükəsizlik, əmin-amanlıq şəraitində uğurla inkişaf etdiyi, inkişaf parametrlərinə və vətəndaş həmrəyliyinə görə dünyada nümunəvi ölkələrdən biri olduğunu vurğulayıb.

Xalqın həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışan Prezident İlham Əliyev əsas məqsədin dövlətin qüdrətini artırmaqdan və müstəqilliyimizi möhkəmləndirməkdən ibarət olduğunu diqqətə çatdırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu