Bu sahədə çalışanların maaşı artırıldı- SƏRƏNCAM


Bu sahədə çalışanların maaşı artırıldı-


Prezident İlham Əliyev mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb.



Dövlət büdcəsindən maliyyələşdirilən mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb.

Dövlət başçısının digər sərəncamı ilə kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi sahələrində çalışan işçilərin əməkhaqları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb.

Dövlət başçısının daha bir sərəncamı ilə meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan işçilərin əməkhaqları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb.

Digər sərəncamla isə mənzil-kommunal, nəqliyyat və rabitə sahələrində çalışan işçilərin əməkhaqları da 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb.

Nazirlər Kabinetinə bu sərəncamlardan irəli gələn məsələləri həll etmək tapşırılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu