SON DƏQİQƏ
- Alimlər gələcəyin iqlim proqnozunu açıqladılar- qorxunc mənzərə
- “Azərbaycanlıları məyus olmamağa çağırıram”- çeçen nazirdən növbəti açıqlama
- “Sən ordan çıx, mən burdan...”- Qalmaqallı prorektorla bağlı növbəti ARAŞDIRMA
- Aqil Acalov: "Azərbaycan və çeçen xalqlarının münasibətləri tarixlə sınanıb"
- Elxan Şahinoğlu: "Qarabağ Münhenlik deyil"
- Lotu Qulinin 3 adamı tutuldu: polis basqını
- Məşhur FHN generalının banka külli miqdarda borcu üzə çıxdı- QALMAQAL
- ADRA-dan şikayət- Pulun nə üçün yığıldığı məlum deyil
- Arif Əsgərov və övladlarının Slovakiyadakı biznesi üzə çıxdı- FOTOLAR
- İlham Əliyev Moskvada baş vermiş hadisədən sonra Polad Bülbüloğluna tapşırıq verdi
- Almaniyada yaşayan həmyerlilərimiz erməni təxribatının qarşısını aldı- FOTOLAR
- Əhalinin banklardakı depozit əmanətlərin sığortalanması müddəti artırılır
Tramp İlham Əliyevə məktub göndərdi
Tarix: 24-05-2018, 14:18 | Xəbər oxunub: 833 dəfə
ABŞ prezidenti Donald Tramp Azərbaycan dövlət başçısı İlham Əliyevə məktub göndərib.
Məktubda deyilir: "Hörmətli cənab Prezident!
Amerika xalqı adından Sizi və Azərbaycan xalqını Respublika Günü və Azərbaycan Demokratik Respublikasının 100 illiyi münasibətilə təbrik edirəm.
Azərbaycan və Birləşmiş Ştatlar mürəkkəb regional çağırışların həlli üçün birgə işləyərək sıx tərəfdaşlıq edirlər. Təhlükəsizlik və terrorizmlə mübarizə sahəsində əməkdaşlığınızı, habelə uzunmüddətli ticarət əlaqələrimizi dəyərləndirirəm. Enerji sahəsində illərlə davam edən əməkdaşlığımız bu il, inanılmaz bir nailiyyət kimi, Avropanın zəruri enerji təhlükəsizliyini təmin edəcək ilk qazın Cənub Qaz Dəhlizi vasitəsilə nəqli sayəsində zirvəyə yüksəlmişdir. Qarşıdan gələn aylar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacaq, bu isə ABŞ-Azərbaycan əməkdaşlığının genişləndirilməsinə daha yaxşı şərait yaradacaqdır. ATƏT-in Minsk Qrupunun həmsədri kimi Birləşmiş Ştatlar bu münaqişənin sülh yolu ilə dayanıqlı həlli üçün Sizinlə əməkdaşlığı səmimiyyətlə arzulayır.
Sizi və bütün Azərbaycan xalqını bu əlamətdar yüzillik münasibətilə bir daha təbrik edir və Sizinlə birgə işləməyi səbirsizliklə gözləyirəm".
Diqqətinizi çəkə biləcək digər xəbərlər