İlham Əliyev Dünya çempionatının açılışına qatılacaq


İlham Əliyev Dünya çempionatının açılışına qatılacaq


Azərbaycan Prezidenti İlham Əliyev futbol üzrə Dünya Çempionatının açılış mərasimində iştirak etmək üçün 14 iyun tarixində Moskvaya gedəcək.

Bu barədə “RİA Novosti” Azərbaycan Prezident Administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan da həmin mərasimə qatılacaq. Bu, Azərbaycan və Ermənistan dövlət başçılarının faktiki olaraq birlikdə iştirak edəcəyi ilk tədbir olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu