Prezident hərbi maşının sükanı arxasında- FOTOLAR
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin Raket Qoşunlarının “N” saylı hərbi hissəsinin açılışında iştirak edib.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov hərbi hissə barədə Ali Baş Komandana məlumat verib. Ali Baş Komandan İlham Əliyev şəxsi heyətin qidalanması, əsgər yataqxanaları, sosial-məişət şəraiti və digər hərbi obyektlərlə baxıb və Raket Qoşunlarının silahlanmasına qəbul edilən hərbi texnika ilə tanış olub.