Prezidentdən Azərbaycan xalqına Ramazan təbriki

Xəbərin çap versiyası
Tarix: 13-06-2018, 16:17    |    Xəbər oxunub: 1 589 dəfə
Prezidentdən Azərbaycan xalqına Ramazan təbriki


Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Təbrikdə deyilir: "Hörmətli həmvətənlər!

Müqəddəs Ramazan bayramı münasibətilə sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.

İlahi hikmətlər xəzinəsi Qurani-Kərim “on bir ayın sultanı” sayılan mübarək Ramazan ayında nazil olmuşdur. Müsəlmanlar bu ayda Uca Yaradan qarşısında vicdani borcunu yerinə yetirmək fürsəti əldə edir, mənəvi-ruhi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar.

Orucluq mərasimləri hər il cəmiyyətimizdə humanizmin, birlik və bərabərliyin təntənəsinə çevrilir. Bu mübarək ayda xalqımızın və dövlətimizin əmin-amanlığı və tərəqqisi naminə edilən bütün dua və diləklərlə həmrəy olduğumu bildirir, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini minnətdarlıqla yad edirəm.

Əlamətdar haldır ki, builki Ramazan günləri müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubiley təntənələri ilə bir vaxta təsadüf edir. Müstəqil dövlətçiliyimizin bərpasından sonra ölkədə mütərəqqi islami dəyərlərin bərqərar edilməsi cəmiyyətimizin mənəvi-əxlaqi yüksəlişinə təkan vermiş, öz milli köklərinə daim sadiq qalan xalqımızın bütövlüyünü, vəhdətini və həmrəyliyini daha da gücləndirmişdir. Bu gün dövlət müstəqilliyimizin möhkəmləndirilməsi uğrunda Azərbaycanın oğul və qızlarının sarsılmaz mübarizə əzmi və yüksək vətənpərvərliyi tarixi ənənəyə və milli-mənəvi dəyərlərə bağlılığın bariz nümunəsidir.

Əziz bacı və qardaşlarım!

Könül xoşluğu ilə yola saldığımız Ramazan ayı artıq başa çatır. Bu əziz bayram günlərində bir daha etdiyiniz dua və niyyətlərin Ulu Tanrı dərgahında qəbul olunmasını arzu edir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət diləyirəm.

Ramazan bayramınız mübarək olsun!"




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Habil Məmmədovla bağlı gizli faktlar üzə çıxdı:

Habil Məmmədovla bağlı gizli faktlar üzə çıxdı: Ayda 120 min manat...

Prezident Siyavuş Novruzovu təltif etdi-

Prezident Siyavuş Novruzovu təltif etdi- SƏRƏNCAM

Baş nazirdən şadlıq evləri, marketlərlə bağlı qərar

Baş nazirdən şadlıq evləri, marketlərlə bağlı qərar

Hava şəraiti kəskin dəyişəcək-

Hava şəraiti kəskin dəyişəcək- Xəbərdarlıq

Qarabağ qazisi Aqil Əhmədovun həyatı təhlükədədir-

Qarabağ qazisi Aqil Əhmədovun həyatı təhlükədədir- Dəstək olun!

Qətərdə Azərbaycan dilinin tədrisi üzrə “Bazar günü” məktəbinin açılışı keçirilib-

Qətərdə Azərbaycan dilinin tədrisi üzrə “Bazar günü” məktəbinin açılışı keçirilib- FOTOLAR

Avstriyada 6 məscidin bağlanması ilə bağlı

Avstriyada 6 məscidin bağlanması ilə bağlı QƏRAR

Donald Tramp ABŞ-da fövqəladə vəziyyət rejimi tətbiq edib

Donald Tramp ABŞ-da fövqəladə vəziyyət rejimi tətbiq edib

Ötən il Naxçıvanda sahibkarlara 13,7 milyon manat kredit verilib

Ötən il Naxçıvanda sahibkarlara 13,7 milyon manat kredit verilib

Bakıda kütləvi maliyyə fırıldağı-

Bakıda kütləvi maliyyə fırıldağı- “Zərərçəkmişlərin sayı yüzlərlədir”

Aqil Ələsgər beynəlxalq nüfuzlu mükafata layiq görüldü-

Aqil Ələsgər beynəlxalq nüfuzlu mükafata layiq görüldü- “EkoAvrasya” Türk dünyasını bir araya gətirir+VİDEO

Qənirə Paşayeva məktəblilər üçün

Qənirə Paşayeva məktəblilər üçün "Tariximizi öyrənək və təbliğ edək !" adlı tədbir keçirib- FOTOLAR

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur