İlham Əliyev: Korrupsiyaya və rüşvətxorluğa son qoyulmalıdır

Xəbərin çap versiyası
Tarix: 10-07-2018, 11:39    |    Xəbər oxunub: 531 dəfə
İlham Əliyev:


“Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha ciddi aparılmalıdır. Aprel ayında formalaşmış yeni hökumət qarşısında bu vəzifə çox kəskin qoyulmuşdur. Bu xoşagəlməz hallara son qoyulmalıdır. Son illər ərzində böyük işlər görülüb və beynəlxalq təşkilatlar da bunu qeyd edir. Bu məsələ ilə məşğul olan beynəlxalq təşkilatların reytinqlərində Azərbaycan daim irəliyə gedir. Ancaq irəliləyiş olsa da, bu, bizi qane edə bilməz”.



Bunu iyulun 8-də Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun nitqində deyib.

İ.Əliyev bildirib ki, Azərbaycanda bu böyük sosial bəlanın kökü kəsilməlidir: “Bunu etmək üçün də imkanlar var. Həm güclü siyasi iradə, həm də indi bizim institusional mexanizmlərimiz var. Ən önəmlisi, kadr islahatı aparılır və aparılacaq. Hansı dövlət məmurları bu meyarlara uyğun gəlməyəcəklərsə onlar işdən çıxarılacaqlar və bunu bütün dövlət məmurları bilsinlər.

Korrupsiyaya, rüşvətxorluğa qarşı bundan sonra da çox ciddi mübarizə aparılacaq. Biz elə etməliyik ki, korrupsiya hallarının baş verməməsi üçün institusional mexanizmlər işə düşsün. Biz bəzi müsbət meyilləri də görürük. Misal üçün, ictimai xidmətlər sahəsində “ASAN xidmət” korrupsiyadan tam azad bir qurumdur. “ASAN xidmət”ə 20 milyondan çox müraciət olunub və vətəndaşların bəyənmə əmsalı 100 faizə yaxındır. Yəni bunu etmək mümkündür. Sadəcə, siyasi iradə olmalıdır, bu da var və çox ciddi tədbirlər görülməlidir, o cümlədən cəza tədbirləri görülür və görüləcək. Ancaq onu da deməliyəm ki, bəzi hallarda inzibati cəza tədbirləri işləmir. Ona görə ən ciddi beynəlxalq təcrübə tətbiq edilməlidir. Dünyanın aparıcı ölkələrində bu sahədə hansı yollarla mübarizə aparılırsa, Azərbaycanda da həmin yollarla mübarizə aparılmalıdır. Əlbəttə ki, dövlət xərclərinə nəzarət gücləndirilməlidir. Müvafiq nazirliklərə göstəriş verilib, indi islahatlar aparılır və bütün dövlət qurumlarının rəhbərləri bunu bilsinlər və mənim tapşırıqlarıma əməl etsinlər”.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Yaponiya bankının İrana sanksiya tətbiq etməsi nəyi dəyişəcək?-

Yaponiya bankının İrana sanksiya tətbiq etməsi nəyi dəyişəcək?- ŞƏRH

Sahil Babayev Lənkəran rayonunda 5 rayonun sakinləri ilə görüşüb

Sahil Babayev Lənkəran rayonunda 5 rayonun sakinləri ilə görüşüb

“Nar TV” xidmətinə qoşul, pulsuz TV tüner əldə et!

“Nar TV” xidmətinə qoşul, pulsuz TV tüner əldə et!

Qənirə Paşayeva Masallıda Aprel döyüşləri şəhidlərinin ailələrini ziyarət edib-

Qənirə Paşayeva Masallıda Aprel döyüşləri şəhidlərinin ailələrini ziyarət edib- FOTOLAR

"Asan İmza"dan istifadə 2,5 manat oldu: üstünlüklər haqda

Daşınmaz əmlak idarəçiliyi və özəlləşmə sahəsində əməkdaşlıq əlaqələri genişlənir

Daşınmaz əmlak idarəçiliyi və özəlləşmə sahəsində əməkdaşlıq əlaqələri genişlənir

Tehran Konvensiyasının Tərəflər Konfransının növbədənkənar sessiyası keçirilib

Tehran Konvensiyasının Tərəflər Konfransının növbədənkənar sessiyası keçirilib

Prezident Parisdə bır sıra görüşlər keçirib-

Prezident Parisdə bır sıra görüşlər keçirib- YENİLƏNİB

Paşinyan Qarabağda müharibə riski haqda:

Paşinyan Qarabağda müharibə riski haqda: Rusiya buna imkan verməz

İmişli və Siyəzən rayonlarında əmək yarmarkaları keçirilib

İmişli və Siyəzən rayonlarında əmək yarmarkaları keçirilib

Sabah Bakıda havanın temperaturu 32 dərəcə olacaq

Sabah Bakıda havanın temperaturu 32 dərəcə olacaq

Xidməti vətəndaş ünvanına aparan kampaniya bu dəfə Yevlaxda

Xidməti vətəndaş ünvanına aparan kampaniya bu dəfə Yevlaxda

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur