İlham Əliyev Gəncədə həlak olan polis zabitlərini ordenlə təltif etdi


İlham Əliyev Gəncədə həlak olan polis zabitlərini ordenlə təltif etdi


Prezident İlham Əliyev Daxili İşlər Nazirliyi əməkdaşlarının “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla 2018-ci il iyulun 10-da Gəncə şəhərində ictimai asayişi kobud şəkildə pozmaq cəhdinin qarşısının alınması zamanı cəsarət və polis andına sonadək sadiqlik nümayiş etdirərək qəhrəmancasına həlak olmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı əməkdaşları “Azərbaycan Bayrağı” ordeni ilə təltif ediliblər:

İlqar Məmməd oğlu Balakişiyev - polis polkovniki (ölümündən sonra)

Səməd Yunis oğlu Abbasov - polis polkovnik-leytenantı (ölümündən sonra).



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu