Prezident İlham Əliyev 2 sərəncam imzaladı

Xəbərin çap versiyası
Tarix: 14-09-2018, 20:39    |    Xəbər oxunub: 546 dəfə
Prezident İlham Əliyev 2 sərəncam imzaladı


Prezident İlham Əliyev Bayıl-Bibiheybət-Lökbatan kollektorunun inşası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.



Sərəncamda bildirilir ki, əhalinin keyfiyyətli içməli su, eləcə də kanalizasiya xidmətləri ilə təmin edilməsi sosial siyasətin əsas hədəflərindəndir. Bu baxımdan, respublikanın bütün regionlarında yerləşən yaşayış məntəqələrində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və təkmilləşdirilməsi, əhaliyə göstərilən xidmətlərin sabitliyinin və keyfiyyətinin artırılmasına xidmət edən layihələrin icrası müvəffəqiyyətlə davam etdirilir. İcra olunan layihələr çərçivəsində kanalizasiya sisteminin genişləndirilməsi və yenidən qurulması istiqamətində mövcud kanalizasiya şəbəkə və qurğularının cari təmiri, təmizlənməsi, təftişi, yeni kanalizasiya kollektorlarının inşası işlərinə xüsusi diqqət yetirilir.

Bakı şəhərinin Bayıl, 20-ci sahə, Şıx qəsəbələrində formalaşan tullantı sularının nəql edilməsi, Bakı körfəzinə dənizkənarı zonadan tullantı sularının axmasının qarşısını almaq üçün Bayıl-Bibiheybət-Lökbatan kollektorunun inşası məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.84-cü bəndində göstərilmiş məbləğin 3 milyon manatı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

***
İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azad iqtisadi zonalar yaradılması işinin sürətləndirilməsi haqqında” 2017-ci il 31 may tarixli 2940 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Ü.R.Mehdiyevin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 aprel tarixli 28 nömrəli Sərəncamına uyğun olaraq qərara alıram:

“Azad iqtisadi zonalar yaradılması işinin sürətləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 31 may tarixli 2940 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 962) 1-ci hissəsində “İnam Kərimov” sözləri “Ülvi Mehdiyev” sözləri ilə əvəz edilsin.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Türkiyənin məşhur müğənnisi Bakıda konsert verəcək

Türkiyənin məşhur müğənnisi Bakıda konsert verəcək

"Vikipediya”da Raquf Orucov haqqında ingilis dilində məqalə yaradılıb

Cahangir Əsgərov ailə holdinqinin rəhbərini dəyişdi:

Cahangir Əsgərov ailə holdinqinin rəhbərini dəyişdi: AZAL prezidentindən 400 milyon tələb olunur

Yanmış ağaclarla bağlı polisə müraciət olunub

Yanmış ağaclarla bağlı polisə müraciət olunub

Birincilər Dövlət Komitəsinə ekskursiya edilbər

Birincilər Dövlət Komitəsinə ekskursiya edilbər

Hatayda Yayladağında Azərbaycan küçəsi və Qarabağ parkı açılacaq

Hatayda Yayladağında Azərbaycan küçəsi və Qarabağ parkı açılacaq

Tanınan aktyor təhsil nazirinə müraciət etdi:

Tanınan aktyor təhsil nazirinə müraciət etdi: “...Siz də məsuliyyət daşıyırsınız!”

Elektrovoz relsdən çıxdı:

Elektrovoz relsdən çıxdı: Bakıya gələn qatarlar gecikir, sərnişinlərin halı pisləşib

İranda hərbi parad zamanı terror:

İranda hərbi parad zamanı terror: 10 hərçi ölüb, 21 yaralı var-YENİLƏNİB+VİDEO

İstirahət günlərinə gözlənilən hava proqnozu

İstirahət günlərinə gözlənilən hava proqnozu

Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlandı

Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlandı

ETSN Xaçmazda növbəti dəfə reyd keçirib

ETSN Xaçmazda növbəti dəfə reyd keçirib

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur