Əliyevlə Putin Bakıda cüdo yarışlarını İzləyir- yenilənib


Əliyevlə Putin Bakıda cüdo yarışlarını İzləyir-


Bakıda cüdo üzrə dünya çempionatı davam edir. Sentyabrın 27-də, çempionatın sonuncu – səkkizinci günündə qarışıq komanda yarışları keçirilir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa və Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer Milli Gimnastika Arenasında keçirilən qarışıq komanda yarışlarına baxırlar.

***

Bu dəqiqələrdə Rusiya prezidenti Vladimir Putinin təyyarəsi Bakı aeroportuna enib.

TASS xəbər verir ki, Bakıya qısamüddətli işgüzar səfəri zamanı Putin Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək, Bakıda keçirilən cüdo üzrə Dünya Çempionatının final yarışlarını izləyəcək və Rusiya-Azərbaycan regionlararası forumunun plenar sessiyasında çıxış edəcək. Putin Bakıdan Düşənbəyə yola düşəcək. Tacikistan paytaxtında MDB sammitinə qatılacaq.

Əliyevlə Putin Bakıda cüdo yarışlarını İzləyir-

Əliyevlə Putin Bakıda cüdo yarışlarını İzləyir-



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu