Azərbaycan xarici işlər naziri türkiyəli həmkarı ilə görüşüb

Azərbaycan Xarici İşlər Nazirliyindən AFN-ə verilən məlumata görə, görüş Aşqabadda Azərbaycan, Türkmənistan və Türkiyə XİN başçılarının üçtərəfli görüşü çərçivəsində baş tutub.
Söhbət əsnasında E. Məmmədyarovla M. Çavuşoğlu iki ölkə arasındakı münasibətlərin səviyyəsini yüksək qiymətləndiriblər, onların dostluq və qardaşlıq xarakteri daşıdığını xüsusi vurğulayıblar.
Tərəflər həmçinin 2015-ci ilin 14-15 yanvar tarixlərində Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə səfəri zamanı müxtəlif səviyyələrdə keçirilmiş görüşləri ikitərəfli münasibətlərin inkişafı baxımından yüksək qiymətləndiriblər.
Görüş zamanı Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin iştirakı ilə üçtərəfli görüşün keçirilməsinin regional əməkdaşlığın inkişafı baxımından əhəmiyyəti də vurğulanıb.
E. Məmmədyarovla M. Çavuşoğlu həmçinin regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Diqqətinizi çəkə biləcək digər xəbərlər