Prezident 2019-cu ili “Nəsimi ili” elan etdi- SƏRƏNCAM

Xəbərin çap versiyası
Tarix: 11-01-2019, 19:12    |    Xəbər oxunub: 654 dəfə
Prezident 2019-cu ili “Nəsimi ili” elan etdi-


Prezident İlham Əliyev yanvarın 11-də 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsi haqqında sərəncam imzalayıb.



Sərəncamda Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsinin bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malik olduğu vurğulanıb.

Sərəncamda qeyd edilib ki, şairin irsinin ölkəmizdə sistemli tədqiqi və təbliği ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyinin keçirildiyi vaxta təsadüf edir. Böyük söz ustasının 600 illiyinin UNESCO-nun görkəmli şəxsiyyətlərin və əlаmətdаr hadisələrin yubileyləri siyahısına daxil edildiyi və beynəlxalq miqyasda qeyd olunduğu həmin dövrdən etibarən Nəsimi ilə bağlı çox sayda araşdırmalar aparılıb.

Nəsiminin əsərləri ölkəmizdə dəfələrlə işıq üzü görüb. Şairin əsərləri Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli Sərəncamına əsasən, kütləvi tirajla nəşr olunaraq ölkə kitabxanalarına hədiyyə edilib.

2017-ci ilin may ayında Parisdə UNESCO-nun baş qərargahında Nəsiminin vəfatının 600 illiyi qeyd edilib, 2018-ci ilin sentyabr ayında ölkəmizdə ilk dəfə Nəsimi şeir, incəsənət və mənəviyyat festivalı keçirilib.

Sərəncamda vurğulanıb ki, 2019-cu ildə Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. Azərbaycanın ədəbi-mədəni fikir tarixinin bu əlamətdar hadisəsinin dövlət səviyyəsində təşkil edilməsi məqsədilə “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” ölkə başçısının müvafiq sərəncamı ilə Nazirlər Kabinetinə müvafiq tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Braziliya Ciu-Citsu (No-gi) və Kombat Ciu-Citsu  üzrə açıq turnir keçirilib-

Braziliya Ciu-Citsu (No-gi) və Kombat Ciu-Citsu üzrə açıq turnir keçirilib- FOTOLAR

Sumqayıtın

Sumqayıtın "başsız" məktəbləri- SİYAHI

Mən kiməm?-

Mən kiməm?- Əziz Əlibəyli yazır...

“Ştutqart”da vətəndaşları belə aldadırlar-

“Ştutqart”da vətəndaşları belə aldadırlar- Zəmanət yox, geri qaytarma yox…

İsrailin baş naziri ABŞ-a səfərini yarıda saxlayıb

İsrailin baş naziri ABŞ-a səfərini yarıda saxlayıb

İlham Əliyev banqladeşli həmkarını təbrik edib

İlham Əliyev banqladeşli həmkarını təbrik edib

Tramp Türkmənistan qazının Azərbaycan vasitəsilə Avropaya nəqli barədə

Tramp Türkmənistan qazının Azərbaycan vasitəsilə Avropaya nəqli barədə

Qazaxıstanda neft yatağında yanğın baş verib

Qazaxıstanda neft yatağında yanğın baş verib

Dünya çempionumuzun qardaşı faciəvi şəkildə həlak oldu-

Dünya çempionumuzun qardaşı faciəvi şəkildə həlak oldu- VİDEO

10448 tənha ahıl və əlilliyi olan şəxs evlərində sosial xidmətlə təmin olunur

10448 tənha ahıl və əlilliyi olan şəxs evlərində sosial xidmətlə təmin olunur

Aprelin əvvəlindən müharibə veteranlarına Prezidentin aylıq təqaüdü təyin olunacaq

Aprelin əvvəlindən müharibə veteranlarına Prezidentin aylıq təqaüdü təyin olunacaq

Budapeştdə yaşayan azərbaycanlı cəmiyyət rəhbəri

Budapeştdə yaşayan azərbaycanlı cəmiyyət rəhbəri

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur