SON DƏQİQƏ
- Afiq Səfərov 12 il çalışdığı "Azərsun"dan ayrılmasının səbəbini açıqlayıb
- Brüsseldə keçiriləcək Ümumavropa Qarabağ mitinqi canlı yayımlanacaq
- Prezident Xəzərin statusuna dair Konvensiyanı təsdiqlədi
- Ermənilər məşhur Azərbaycanlı jurnalisti öldürmək istəyir- “Bəlkə də bu, sonuncu müraciətimdir” (VİDEO)
- Kənd Təsərrüfatı Nazirliyində Xocalı faciəsi anılıb
- Azərbaycanda meşələr çəpərə alınacaq
- Rusiyalı hərbi ekspert: “Ermənistan işğal etdiyi torpaqları qaytarmalıdır”
- Millət vəkili Kamaləddin Qafarov seçicilərlə görüşüb- FOTOLAR
- "Azercell"in KSM strategiyası çərçivəsində 13 minə yaxın insan tibbi yardım alıb
- "Azərbaycan-Slavyan Gənclərinin I Forumu" öz işinə başlayıb- FOTOLAR
- Regionlarda tikilən ən böyük içməli sutəmizləyici qurğu bu il istismara veriləcək
- Bakıda körpünün üstündə maşın aşıb
İlham Əliyev Həsən Ruhanini təbrik edib
Tarix: 10-02-2019, 11:06 | Xəbər oxunub: 538 dəfə
Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasında qeyd olunan İslam İnqilabının Qələbəsi Günü münasibətilə iranlı həmkarı Həsən Ruhanini təbrik edib.
Təbrik məktubunda deyilir:
“Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə Sizə və xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasındakı münasibətlər tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış xalqlarımızın iradəsindən qaynaqlanır. Əminəm ki, ikitərəfli əlaqələrimiz, müxtəlif sahələri əhatə edən qarşılıqlı faydalı əməkdaşlığımız bundan sonra da müvəffəqiyyətlə inkişaf edəcək və genişlənəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost və qardaş İran xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.
Diqqətinizi çəkə biləcək digər xəbərlər