İlham Əliyev gənc oğlanı nənəsinin xahişi ilə Türkiyəyə göndərdi- VİDEO

Xəbərin çap versiyası
Tarix: 14-03-2019, 15:27    |    Xəbər oxunub: 522 dəfə
İlham Əliyev gənc oğlanı nənəsinin xahişi ilə Türkiyəyə göndərdi-


Prezident İlham Əliyevin Ağsuya səfəri zamanı dövlət başçısı ilə görüşən sakin Həcər Zamanovanın nəvəsi Türkiyəyə göndərilir.

AFN unikal.org-a istinadən xəbər verir ki, gözündən müalicə almağa ehtiyacı olan 1990-cı il təvəllüdlü Murad Zamanov bu gün Heydər Əliyev Fondunun dəstəyi ilə Türkiyəyə yola salınıb.

Murad Zamanov saat 13:30-da İstanbula yola düşüb: "Cənab prezidentimiz İlham Əliyevin göstərişindən sonra Heydər Əliyev Fondu məni ölkəmizdə bir çox nüfuzlu özəl klinikalarda və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində müayinədən keçirdilər. Qərara alındı ki, müalicəm Türkiyədə davam etdirilsin. İstanbulun ən tanınmış özəl klinikalardan birində müayinə olunacam. Onda sonra səhhətimdə yaranan problemin aradan qaldırılacağına əminəm. Mən yüksək səviyyəli diqqətə və qayğıya görə bir vətəndaş kimi cənab prezidentimiz İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığımı bildirirəm. Heydər Əliyev Fondu mənim qısa zamanda sağlığıma qovuşmağım üçün hər cür köməklik göstərir”.

Xatırladaq ki, Muradın nənəsi prezidentlə görüşündə valideynlərini itirmiş nəvəsi ilə bağlı məsələni qeyd etmişdi. Qadın bildirmişdi ki, nəvəsinin bir gözü tam görmür, digər gözü isə çox zəifdir.

Ölkə başçısı isə sakinə cavabında məsələnin həll ediləcəyini qeyd etmişdi: "Mən bu məsələni tapşıraram. Əlaqə vasitələri götürün. Siz bu barədə narahat olmayın. Lazım olsa, biz onu xaricə də göndərərik. Minlərlə belə müraciətlər olur”.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
“Veysəloğlu” Qarabağ veteranları, şəhid və aztəminatlı ailələrə Novruz bayramı sovqatı paylayıb

“Veysəloğlu” Qarabağ veteranları, şəhid və aztəminatlı ailələrə Novruz bayramı sovqatı paylayıb

Niderland Krallığında nano texnologiyalar üzrə şirkət yaradan azərbaycanlı

Niderland Krallığında nano texnologiyalar üzrə şirkət yaradan azərbaycanlı

“Türk Dünyasına xidmətlərinə görə” mükafatlandırma-

“Türk Dünyasına xidmətlərinə görə” mükafatlandırma- Ankarada ödül alanlar arasında Aqil Ələsgər də var

74 milyard dollarlıq şübhəli mülklər tapıldı:

74 milyard dollarlıq şübhəli mülklər tapıldı: sahibləri kimlərdir?

Azercell əmək sərgisində iştirak edib

Azercell əmək sərgisində iştirak edib

Ərdoğan ABŞ prezidentini sərt tənqid etdi:

Ərdoğan ABŞ prezidentini sərt tənqid etdi: “Trampın uğursuz açıqlaması...”

Gürcüstan prezidenti azərbaycanlılarla rusca danışmaqdan imtina etdi

Gürcüstan prezidenti azərbaycanlılarla rusca danışmaqdan imtina etdi

BTC ilə nəql olunan Türkmənistan neftinin proqnozlaşdırılan həcmi açıqlanıb

BTC ilə nəql olunan Türkmənistan neftinin proqnozlaşdırılan həcmi açıqlanıb

Sabah 17 dərəcə isti olacaq

Sabah 17 dərəcə isti olacaq

Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara  və onlara qulluq edənlərə gələn aydan təqaüd veriləcək

Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara və onlara qulluq edənlərə gələn aydan təqaüd veriləcək

“Azercell

“Azercell" “Ən yaxşı mobil operator” adına layiq görülüb

Azərbaycan Prezidenti pakistanlı həmkarını təbrik edib

Azərbaycan Prezidenti pakistanlı həmkarını təbrik edib

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur