İlham Əliyev Həsən Ruhaniyə başsağlığı verdi


İlham Əliyev Həsən Ruhaniyə başsağlığı verdi


Azərbaycan Prezidenti İlham Əliyev İranda baş verən təbii fəlakət nəticəsində insan tələfatı ilə əlaqadar İran Prezidenti Həsən Ruhaniyə başsağlığı verib.

Başsağlığında bildirilir:

"Hörmətli cənab Prezident,

Ölkənizdə baş vermiş təbii fəlakət nəticəsində insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!"



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu